Üzərində Trampın şəkli olan pul əsginasının yaradılması planlaşdılır
ABŞ Maliyyə Nazirliyi prezident Donald Trampın təsviri olan 250 dollarlıq əskinas yaratmaq ideyasını təbliğ edir.
Crossmedia.az "The Washington Post" qəzetinə istinadən xəbər verir.
Əgər uğurlu olarsa, o, 150 il ərzində sağ ikən dollar əskinasında görünən ilk şəxs olacaq.
Rəsmilər Trampın və maliyyə naziri Skot Bessentin imzalarının olduğu əskinasın maketlərini yayımlayıblar. Onların yaradıcısı, britaniyalı rəssam Yan Aleksandr hətta qanun layihəsini Trampla müzakirə etdiyini də bildirib.
19:10 28.05.2026
Oxunuş sayı: 42