Moskva–İrəvan gərginliyi: seçki missiyasında sensasiyalı iddia
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın qeyri-rəsmi şəkildə bəzi Rusiya vətəndaşlarının iyunda keçiriləcək seçkilərlə bağlı müşahidə missiyasına daxil edilməsini arzuolunmaz hesab etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, Ermənistan tərəfi müəyyən Rusiya vətəndaşlarının missiyada yer almasına etiraz edib.
“Müşahidəçilərin siyahısı Ermənistan tərəfinin tələbinə uyğun olaraq müəyyən edilmiş qaydada akkreditasiya üçün təqdim olunub”, – deyə Mariya Zaxarova bildirib.
18:23 28.05.2026
Oxunuş sayı: 53