Azərbaycanda erkən analıq hallarında azalma qeydə alınıb
2025-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 877 nəfər olub. Bu göstərici 2024-cü illə müqayisədə 402 nəfər azalaraq 1279-dan 877-yə düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
Regionlar üzrə statistikaya əsasən, 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı Bakıda 41, Naxçıvanda isə 24 nəfər təşkil edib.
İqtisadi rayonlar arasında ən çox erkən uşaq doğumu Qarabağ və Mərkəzi Aran rayonlarında qeydə alınıb. Belə ki, bu zonaların hər birində 126 fakt qeydə alınıb. Ən aşağı rəqəm isə Şərqi Zəngəzur iqtisadi rayonundadır. 2025-ci ildə burada cəmi isə 18 yaşınadək analar tərəfindən 13 doğum qeydə alınıb.
Qeyd edək ki, erkən evliliklərin statistikası məhz 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı əsasında müəyyən edilir.
14:50 28.05.2026
Oxunuş sayı: 47