Batumidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə Batumi Dram Teatrında rəsmi tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan-Gürcüstan dostluğu fonunda baş tutan tədbirdə Baş konsul Fuad Əzizov, konsuıluğun əməkdaşları, Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia, Acarıstan MR Ali Şurasının sədri Tsotne Ananidze və şura üzvləri, Gürcüstan və Acarıstan hökumətlərinin üzvləri, konsulluq dairəsində yerləşən böyük şəhərlərin merləri, regionda yerləşən ali təhsil ocaqlarının rəhbərləri, Türkiyənin Batumi şəhərindəki Baş Konsulluğunun müvəqqəti işlər vəkili Banu Terzicioğlu və diplomatik korpusun nümayəndələri, İranın Batumi şəhərində baş konsulu Mohammad Movahed, Batumidə fəaliyyət göstərən “Mirzə Fətəli Axundov adına Gürcü və Azərbaycanlıların Acarıstan Muxtar Respublikasındakı Xeyriyyə Cəmiyyəti”nin sədri Rövşən Namazov, SOCAR-ın Batumi nümayəndəliyinin rəhbəri Səfər Əlizadə, SOCAR-ın Kulevi Qara Dəniz Neft Terminalının kollektivi, yerli ictimaiyyət nümayəndələri, regionda yaşayan azərbaycanlılar, tələbələr, diaspor və icma üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Baş konsulu Fuad Əzizov və AMR Ali Şurasının sədri Tsotne Ananidze çıxış edərək Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.
Rəsmi hissədən sonra Azərbaycanın tanınmış muğam ustası, xalq artisti Mənsum İbrahimov və onun rəhbərlik etdiyi “Qarabağ Muğam” musiqi kollektivi konsert proqramı ilə çıxış edib.
Tədbir çərçivəsində Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı hazırlanmış videoçarx göstərilib, Azərbaycan milli geyimlərini və mədəniyyətini əks etdirən sərgi nümayiş etdirilib.
14:20 28.05.2026
Oxunuş sayı: 55