İran ABŞ bazasına zərbə endirib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəndər-Abbas hava limanı yaxınlığındakı obyektə endirdiyi zərbəyə cavab olaraq Amerika aviabazasını vurduğunu açıqlayıb.
Crossmedia.az bu barədə “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir.
İranın iddiasına görə, ABŞ hərbçiləri səhər saatlarında hava hücumu həyata keçirib. Bundan sonra hücumun təşkil edildiyi baza cavab zərbəsinə məruz qalıb.
Məlumata əsasən, hücum Bakı vaxtı ilə saat 05:50 radələrində baş verib. Lakin vurulan Amerika bazasının yerləşdiyi ərazi açıqlanmayıb.
09:06 28.05.2026
Oxunuş sayı: 80