Türkiyə səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Türkiyənin Azərbaycandakı Səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
"Kədəri və sevinci birlikdə bölüşdüyümüz qardaş Azərbaycanın Müstəqillik Gününü ən səmimi arzularımızla qeyd edirik.
"Bir millət, iki dövlət" anlayışı əsasında formalaşan müstəsna münasibətlərimizi ortaq tariximiz, möhkəm qardaşlığımız və qarşılıqlı əməkdaşlığımıza uyğun olaraq daha da inkişaf etdirməyə davam edəcəyik.
Müstəqillik Gününüz mübarək!", - paylaşımda qeyd olunub.
08:32 28.05.2026
Oxunuş sayı: 47