Tramp: İran çox qətiyyətlidir
Ağ Ev rəhbəri Donald Tramp Nazirlər Kabinetinin iclasında İranın razılaşma əldə etməkdə çox maraqlı olduğunu, lakin ABŞ-nin hələlik bundan məmnun olmadığını bildirib.
Crossmedia.az "Reuters"-ə istinadən xəbər verir.
Tramp jurnalistlərə bildirib ki, İran çox qətiyyətlidir, onlar, həqiqətən də, razılaşma əldə etmək istəyirlər: "İndiyə qədər onlar razılığa gələ bilməyiblər... biz razı deyilik. Ya razı qalacağıq, ya da sadəcə bunu etməliyik".
O əlavə edib ki, Tehranla potensial çərçivə müqaviləsinə əsasən, Hörmüz boğazı dərhal açılacaq, lakin heç kim ona nəzarət etməyəcək.
Tramp, həmçinin qeyd edib ki, Rusiya və ya Çinin İranın yüksək zənginləşdirilmiş uran ehtiyatını əldə etməsini istəməzdi.
23:50 27.05.2026
Oxunuş sayı: 43