Qəzza ilə bağlı yaradılan Sülh Şurası Fondu niyə uğursuz oldu?
ABŞ prezidenti Donald Tramp tərəfindən Qəzzanın yenidən qurulması üçün yaradılan rəsmi Sülh Şurası fondu hələ də üzv dövlətlərin vəd etdiyi 7 milyard dollardan bir dollar da ala bilməyib. Yenidənqurma layihələri hüquqi və siyasi qeyri-müəyyənlik içində ilişib qalıb.
Crossmedia.az " Financial Times" qəzetinə istinadən xəbər verir.
Tramp beynəlxalq təşkilatlardan biri adlandırıb. Dünya liderlərindən 1 milyard dollar "ömürlük üzvlük haqqı" ödəmələri istənilib.
Üzv dövlətlər "Qəzza yardım paketi" üçün 7 milyard dollar vəd etmiş, Tramp özü isə ABŞ-dən daha 10 milyard dollar vəd etmişdi.
Dörd nəşr həmsöhbətinin sözlərinə görə, Şuranın Dünya Bankı tərəfindən yaradılan maliyyə fondu yaradılmasından dörd ay sonra donorlardan heç bir vəsait almayıb.
23:28 27.05.2026
Oxunuş sayı: 42