Ekspert: Ermənistan Aİ-dən çıxsa qaz bahalaşacaq
Ermənistan Avropa Avrasiya İttifaqıdan(Aİİ) çıxsa, qazın qiyməti ən azı 30% (ixrac rüsumunun dəyəri) artacaq.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov "Sputnik Armenia"-ya bildirib:
"Əgər Ermənistan qaz nəqli sistemini milliləşdirməklə, Qazpromun əmlakını ələ keçirməklə cavab verərsə, Rusiya təchizatı tamamilə dayandıra bilər - hətta bazar qiymətləri ilə belə".
Prezident Akademiyasının İqtisadiyyat, Riyaziyyat və İnformasiya Texnologiyaları İnstitutunun dosenti Tamara Safonova isə TASS-a bildirib ki, Rusiyadan qaz, neft məhsulları və almazların rüsumsuz təchizatından imtina Ermənistanı qıtlıq və qiymət artımı ilə təhdid edir: "Bundan əlavə, 2013-cü il müqaviləsində nəzərdə tutulur ki, əgər müqavilə ləğv olunarsa, Ermənistan əvvəlki illərdən itirilmiş rüsumları Rusiyaya kompensasiya ödəməli olacaq".
Safonova xatırladıb ki, Ermənistana tədarük həcmi Aİİ-in indikativ balansları çərçivəsində müəyyən edilib və bu, ölkə üçün iqtisadi sabitliyi təmin edib: "Lakin indi Ukrayna Silahlı Qüvvələrinə dəstək verən Avropa İttifaqı blokuna təklif olunan qoşulma faktiki olaraq Ermənistanın dost olmayan ölkələr düşərgəsinə daxil olması deməkdir".
21:04 27.05.2026
Oxunuş sayı: 48