Səfir: Tehranın TRIPP layihəsi ilə bağlı mövqeyi aydındır
İran ABŞ-nin iştirakının regionda nifaq yaratmayacağına ümid edir.
Crossmedia.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami "Sputnik Armenia"-ya bildirib.
İran diplomatı qeyd edib ki, Tehranın TRIPP layihəsi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı mövqeyi aydın və birmənalıdır: "İran, ümumiyyətlə, əlaqələrin açılmasına müsbət yanaşır. Ermənistanın, regiondakı digər ölkələrin nəqliyyat və iqtisadi potensialının reallaşdırılmasını dəstəkləyir. Tehran da bu proseslərdə iştirak etməyə hazır olduğunu bildirir".
Eyni zamanda, səfir İranın ABŞ-nin bölgədəki mövcudluğundan ciddi narahatlığını davam etdirdiyini vurğulayıb.
20:50 27.05.2026
Oxunuş sayı: 41