Qalibaf müsəlman ölkələrini əməkdaşlığa çağırıb
İran parlamentinin sədri və ABŞ ilə aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Məhəmməd Bağır Qalibaf Qurban bayramı münasibətilə müsəlman ölkələrinin parlament sədrlərinə ünvanladığı müraciətdə regional əməkdaşlığın vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, o bu barədə sosial media hesabındakı paylaşımında bildirib: "Xarici müdaxilə olmadan gücləndirmə üçün əməkdaşlıq regional böhranların həllində təsirli rol oynayır”.
Onun açıqlaması İran və ABŞ arasında müharibəyə son qoyulması ilə bağlı danışıqların davam etdiyi bir dövrdə səsləndirilib.
Bölgə ölkələri son günlərdə verdikləri açıqlamalarda regional sabitliyin və sülhün qorunması üçün diplomatik səylərin artırılmasının önəmini qeyd edirlər.
20:30 27.05.2026
Oxunuş sayı: 47