Seul: HMM Namo gəmisinə İran raketi ilə hücum edilmiş ola bilər
Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Hörmüz boğazında “HMM Namo” yük gəmisinə edilən hücumun çox güman ki, İran raketi ilə həyata keçirildiyini açıqlayıb.
Crossmedia.az "Reuters"-ə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, rəsmi Seul ötən həftə Koreyaya məxsus tankerə qarşı hücumda İranın mümkün rolunu araşdırır.
Cənubi Koreyanın Prezident Administrasiyasının rəsmisi bildirib ki, hücumun arxasında dayanan tərəfə cavab veriləcək, lakin hadisəyə görə cavabdehlik daşıyan məsul şəxslər hələ tam müəyyən edilməyib və araşdırma davam edir.
Rəsmi əlavə edib ki, istintaq yekunlaşmadan hadisə ilə bağlı qəti nəticə açıqlanmayacaq.
20:26 27.05.2026
Oxunuş sayı: 64