ABŞ: İran nüvə silahı əldə etməyəcək
Ağ Ev rəhbəri Donald Tramp prezident vəzifəsinə başladığı ilk gündən İranın nüvə silahı əldə etməməli olduğunu açıq şəkildə bəyan edib.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot "X" də yazıb.
O, qeyd edib ki, Tramp administrasiyası İranın bu məqsədə çatmasının qarşısını almaq üçün qəti addımlar atıb.
Açıqlamada qeyd olunub ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinə imkan verməmək mövqeyində qalır.
20:23 27.05.2026
Oxunuş sayı: 47