KİV: Putin tələdədir, bir ilə müharibə genişlənəcək
Rusiya növbəti 12 ay ərzində müharibəni Ukraynadan kənara çıxarmağa cəhd edə bilər.
Crossmedia.az "The Wall Street Journal"(WSJ) qəzetinə istinadən xəbər verir.
Nəşr yazır ki, Avropa paytaxtlarında Rusiyanın Baltikyanı ölkələrə və ya digər NATO ərazilərinə mümkün hücumu ilə bağlı narahatlıqlar artır.
WSJ qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin özünü tələyə salıb, çünki Rusiya ordusu ayda təxminən 35.000 əsgər itirir, iqtisadiyyat tükənir və müharibənin hazırkı tempdə davam etməsi tezliklə yeni genişmiqyaslı səfərbərlik tələb edəcək.
Nəşrin məlumatına görə, bu fonda Kreml münaqişənin genişləndirilməsini Ukraynada müharibəni davam etdirməkdən daha sərfəli bir seçim hesab edə bilər.
Məqalədə, həmçinin qeyd olunur ki, Ukrayna pilotsuz təyyarə bölmələri son NATO təlimləri zamanı xeyli böyük Qərb qüvvələrini tez bir zamanda məğlub edib.
Bununla belə, Rusiya ordusu pilotsuz təyyarələrlə müharibədə müqayisə edilə bilən təcrübəyə malikdir və xüsusilə ABŞ yardım göstərməkdə yavaşdırsa, Avropa orduları ilə Ukrayna Silahlı Qüvvələrindən daha asan mübarizə apara bilər.
20:06 27.05.2026
Oxunuş sayı: 50