Ermənistan Rusiya ilə müqavilələrin ləğvi barədə məktub almadığını açıqlayıb
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Rusiya tərəfindən yanacaq və emal olunmamış almazların tədarükü ilə bağlı razılaşmaların ləğvi və ya dayandırılması barədə heç bir rəsmi xəbərdarlıq məktubu almadığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl “Kommersant” qəzeti Moskvanın Ermənistana xəbərdarlıq etdiyi və ölkənin Avropa İttifaqına üzvlük prosesini davam etdirəcəyi təqdirdə sözügedən razılaşmaların dayandırıla və ya ləğv edilə biləcəyi barədə məlumat yaymışdı.
16:25 27.05.2026
Oxunuş sayı: 52