Rusiya Belarusdan Ukraynanın qərbinə zərbələr planlaya bilər
Müharibə Araşdırmaları İnstitutunun analitikləri bildiriblər ki, Rusiya Belarus ərazisindən dron buraxmaqla Ukraynanın qərbində yerləşən mühüm təchizat marşrutlarına daha effektiv zərbələr endirməyə hazırlaşa bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd olunur ki, hədəflər arasında “Kiyev–Çop” avtomobil yolu və Polşa istiqamətində gedən dəmir yolu xətti də ola bilər.
Məlumata görə, Belarus tərəfinin son günlərdə Ukrayna dronlarının hava məkanını pozması barədə açıqlamaları bu cür hücumlar üçün zəmin hazırlamaq məqsədi daşıya bilər.
15:55 27.05.2026
Oxunuş sayı: 50