Rusiya genişmiqyaslı hücuma hazırlaşır - Ukraynalı general
Rusiyanın yenidən genişmiqyaslı hücuma hazırlaşdığı bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı Romanenko bildirib ki, Rusiya ballistik raket ehtiyatlarını artırır və təxminən bir həftə ərzində yenidən kütləvi zərbə endirə bilər.
Onun sözlərinə görə, Moskva hücumlarda ballistik raketlərin payını artırır və bu addım Ukraynanın hava hücumundan müdafiə sistemlərində antiraket sursatlarının çatışmazlığından istifadə edir.
Romanenko, həmçinin qeyd edib ki, Ukrayna və Qərb kəşfiyyatının qiymətləndirmələrinə əsasən, Rusiyanın hazırda “Oreşnik” tipli raketlərdən 10-a qədərinə sahib ola biləcəyi ehtimal olunur.
15:40 27.05.2026
Oxunuş sayı: 56