İsrail Livana hava zərbələri endirib
İsrail Livanda yerləşən Karaun bəndi yaxınlığına hava zərbələri endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, zərbələr nəticəsində yaranan dağıntı qalıqları su anbarına düşsə də, bəndin əsas konstruksiyasına ziyan dəyməyib.
Hadisə ilə bağlı Litani çayı idarəsi bəyanat yayaraq baş verənləri pisləyib. Qurum bildirib ki, həmin obyektə birbaşa və ya dolayı təsirlər aşağı axında yerləşən ərazilərdə fəlakətli daşqın riski yarada bilər.
14:06 27.05.2026
Oxunuş sayı: 49