İsrail Qəzzada binaya zərbə endirib
İsrail Qəzzanın qərb hissəsində yerləşən bir binaya hava zərbəsi endirib.
Crossmedia.az xəbər verir ki, hücumun hədəfi HƏMAS-ın hərbi qanadının yeni komandiri olduğu iddia edilən Məhəmməd Odeh olub.
İsrail ordusu hələlik onun öldürüldüyünü təsdiqləməyib və zərbənin nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilməyib.
Əl-Cəzirə yerli xəstəxanaya istinadən bildirib ki, hücum nəticəsində azı 3 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
13:57 27.05.2026
Oxunuş sayı: 55