Putin Tokayevi “yaxın dost” adlandırıb
Rusiya Qazaxıstana pələnglər hədiyyə edib və bu heyvanların yaxın vaxtlarda təbii mühitə buraxılacağı bildirilir.
Crossmedia.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Astanaya dövlət səfərindən əvvəl yayımladığı məqalədə bu təşəbbüsə toxunub və pələnglərin reintroduksiya proqramı çərçivəsində vəhşi təbiətə qaytarılacağını qeyd edib.
Putin həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev barədə danışaraq onu “həqiqətən yaxın dost” adlandırıb.
Layihənin məqsədinin nadir növlərin bərpası və regionda biomüxtəlifliyin qorunması olduğu bildirilir.
13:48 27.05.2026
Oxunuş sayı: 63