Kim Çen In süni intellektlə idarə olunan raket sınaqlarını izləyib
Şimali Koreya lideri Kim Çen In süni intellekt texnologiyalarının tətbiq olunduğu yüksək dəqiqlikli raketlərin buraxılış sınaqlarını izləyib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, sınaqlar zamanı idarəetmə və uçuşa nəzarət sistemlərində süni intellektdən istifadə olunub. Bu texnologiyanın raketlərin hədəfə yönləndirilməsi və uçuş trayektoriyasının optimallaşdırılması üçün tətbiq edildiyi bildirilir.
Rəsmi açıqlamalarda bu addımın ölkənin hərbi texnologiyalarının modernləşdirilməsi və dəqiqliyin artırılması məqsədi daşıdığı qeyd olunur.
13:39 27.05.2026
Oxunuş sayı: 52