Səfirlik: ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı yüksək qiymətləndiririk
ABŞ-nin Bakıdakı Səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə səfirlik "X" hesabında paylaşım edib
"ABŞ-nin Bakıdakı Səfirliyi adından Azərbaycanda və dünyanın müxtəlif yerlərində Qurban Bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirik. Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir. ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk. Qurban Bayramınız mübarək!", - deyə paylaşımda qeyd edilib.
10:58 27.05.2026
Oxunuş sayı: 63