Moldova MDB-dən çıxmaq prosesinə başlayıb
Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq üçün rəsmi prosedura start verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev məlumat verib.
Onun sözlərinə görə, Kişinyov bəzi sahələr üzrə iqtisadi əməkdaşlığın saxlanılmasında maraqlıdır və bu istiqamətdə əlaqələri davam etdirməyi planlaşdırır.
08:35 27.05.2026
Oxunuş sayı: 50