Paşinyan: Ermənistan blokadadan çıxır – TRIPP layihəsi reallığa çevrilir
Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin reallaşmağa yaxın olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Paşinyanın sözlərinə görə, layihə ilə bağlı sənədin mətni artıq razılaşdırılıb və yaxın vaxtlarda yekun imzalanmaya hazırdır.
O bildirib ki, layihənin həyata keçirilməsi Ermənistanın nəqliyyat blokadasından çıxmasına və regiondakı mövqeyinin dəyişməsinə imkan verəcək.
“Ermənistan Respublikası artıq blokadada olan dövlət deyil, münaqişə dalanından sülhün kəsişmə nöqtəsinə çevriləcək”, – Paşinyan vurğulayıb.
07:50 27.05.2026
Oxunuş sayı: 49