Bolqarıstan Prezidenti WUF13-dəki qonaqpərvərliyə görə Azərbaycan liderinə təşəkkür edib
Bolqarıstan Prezidenti İliyana Yotova Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası zamanı qonaqpərvərliyə görə Azərbaycan lideri İlham Əliyevə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə təbrik məktubunda qeyd edib:
"Bu xoş fürsətdən istifadə edərək, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Bolqarıstan bələdiyyələrinin 10-dan çox meri, həmçinin Bolqarıstanın ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdikləri Sessiya ilə bağlı bizdə olduqca xoş təəssüratlar yarandı. Eyni zamanda, üç ay ərzində Sizinlə keçirilən ikinci ikitərəfli görüşdən məmnunluğumu vurğulayıram. Bu, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun sübutudur"
20:53 26.05.2026
Oxunuş sayı: 43