Nazir: Ermənistan məhsullarının Rusiyaya idxalına qoyulan qadağa obyektiv komponent ola bilər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan məhsullarının Rusiyaya idxalına qoyulan qadağanın obyektiv komponent olduğunu istisna etməyib.
Crossmedia.az "News.am"-a istinadən xəbər verir.
ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfərindən sonra keçirilən mətbuat konfransında nazir Rusiyaya müəyyən məhsulların idxalına qoyulan qadağa ilə bağlı sualı cavablandırarkən bildirib ki, Ermənistan Rusiya ilə münasibətləri nə ikitərəfli, nə də çoxtərəfli şəkildə daha da gərginləşdirmək istəmir, əksinə, ortaya çıxan bütün məsələləri sağlam, konstruktiv atmosferdə həll etmək istəyir.
Nazir mövcud vəziyyəti gərgin münasibətlərlə, Ermənistanın Avropayönlü siyasəti ilə və ya hətta seçkilərlə əlaqələndirmək cəhdlərini qəti şəkildə rədd edir və oxşar qadağaların 5, 10, 15 və ya hətta 25 il əvvəl tətbiq olunduğunu iddia edir:
“Onlar spirtli içkilərin qadağan edilməsindən danışırlar. Bu, bütün şərab məhsullarına deyil, bir şirkətin bəzi məhsullarına qoyulan qadağadır. Problemlərin obyektiv ola biləcəyi ehtimalını niyə istisna edirsiniz?”.
O, həmçinin həm təchizat mənbələrinin, həm də satış bazarlarının şaxələndirilməsinin vacibliyini vurğuladı.
20:30 26.05.2026
Oxunuş sayı: 55