Fitso: Bir sıra Aİ liderləri Slovakiyanın iddiasına qoşula bilər
Bir çox Avropa İttifaqı(Aİ) ölkəsinin hökumət liderləri ona Rusiya qazının idxalına qoyulan qadağa ilə bağlı Bratislavanın Avropa Komissiyasına (AK) qarşı iddiasına qoşulma ehtimalı barədə işarə edirlər.
Crossmedia.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
“Rusiya qaz təchizatının 2027-ci ildə dayandırılacağı üçün Avropa Komissiyasına qarşı şikayət ərizəsi verdik. Ümumilikdə özümüzü çox güclü hiss edirik, çünki bir çoxları bizə məhkəmədə qalib gəlmək üçün çox güclü arqumentimizin olduğunu söylədi. Bir çox baş nazir bizə qoşula biləcəklərinə işarə etdi”, - deyə Fitso Facebook-da yayımlanan çıxışında bildirib.
20:00 26.05.2026
Oxunuş sayı: 56