Rustəm Umerov gözlənilmədən Berlinə gedib
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerov gözlənilmədən Almaniya, Fransa və Britaniya ilə danışıqlar aparmaq üçün Berlinə uçub.
Crossmedia.az "Politico"-ya istinadən xəbər verir.
Nəşrin mənbələri iddia edir ki, Umerov Berlində E3 ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə görüşəcək.
Danışıqlar Rusiyanın Kiyevə qarşı yeni zərbələr endirməklə bağlı təhdidləri, eləcə də ABŞ-nin sülh prosesindən mümkün çıxması ilə bağlı açıqlamaları fonunda keçirilir. Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio ABŞ danışıqlarının səmərəli olmadığını etiraf etmişdi.
Nəşr, həmçinin Ukrayna lideri Volodimir Zelenski ilə Almaniya kansleri Fridrix Merts arasında Ukraynaya tam üzvlük əvəzinə Avropa İttifaqına assosiativ üzvlük verilməsi ideyasından sonra yaranan gərginlikdən xəbər verir.
Zelenski bu variantı açıq şəkildə rədd etdi.
19:45 26.05.2026
Oxunuş sayı: 48