"Bank Respublika" səhmdarlarına 13 milyon manata yaxın dividend ödəyib
"Bank Respublika" ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 12,558 milyon manat dividend ödəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Bank-dan məlumat verilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 20,6 % çoxdur.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.
18:07 26.05.2026
Oxunuş sayı: 41