Nazir şimal-qərb bölgəsinin təhsil işçiləri ilə görüşüb
Mayın 25-də elm və təhsil naziri Emin Əmrullayev Qax rayonuna səfəri çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin bir qrup direktoru, məktəbəqədər təhsil müəssisələrinin müdirləri və qabaqcıl müəllimlərlə görüşüb.
Crossmedia.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.
Görüş zamanı Emin Əmrullayev son illər təhsil sahəsində həyata keçirilən islahatlar və təhsilin məzmununun müasir çağırışlara uyğunlaşdırılması barədə danışıb. Nazir müəllimlərin sertifikatlaşdırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, işə qəbul, eləcə də qiymətləndirmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran hədəflərə toxunub.
Çıxışının sonunda Emin Əmrullayev şimal-qərb bölgəsinin təhsil göstəricilərinin ölkə üzrə yüksək nəticələr sırasında yer aldığını vurğulayaraq müəllimlərə və təhsil müəssisələrinin rəhbərlərinə təşəkkür edib.
Görüşdə iştirakçıların rəy və təklifləri dinlənilib, çoxsaylı sualları cavablandırılıb.
Sonda görüş iştirakçıları ilə xatirə fotosu çəkilib.
21:14 25.05.2026
Oxunuş sayı: 51