Tələbə adı qazanmaq istəyənlər üçün yeni fürsət
Azərbaycanda aqrar sahədə xarici universitetlə birgə yeni universitet yaradılacaq.
Crossmedia.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"da öz əksini tapıb.
Sənədə əsasən, Kənd Təsərrüfatı Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birlikdə 2026− 2030-cu illər ərzində ikili diplom proqramlarının əhatə etdiyi ixtisaslar, tərəfdaş ölkələrin və təhsilalanların sayının artırılması, seçilmiş xarici universitetlə birgə universitetin yaradılması imkanlarının araşdırılmasını, ikili diplom proqramları üzrə təhsil alan tələbələrin sayının artırılması, azı 2 nüfuzlu universitetlə ikili diplom proqramlarının tətbiq edilməsini, aqrar ixtisaslar üzrə ikili diplom proqramlarından məzun olanların ümumi sayının 500-ə çatdırılması, bir xarici universitetlə əməkdaşlıq çərçivəsində birgə universitetin yaradılmasını təmin etməlidir.
18:32 25.05.2026
Oxunuş sayı: 45