Muxtar Babayev BMT Baş katibi vəzifəsinə namizədlə görüşüb
Bakıda iqlim dəyişikliyinin artan iqtisadi təsirləri, o cümlədən xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastruktur, ticarət, su sistemləri və şəhər dayanıqlığına artan təzyiq müzakirə edilib.
Crossmedia.az xəbər verir ki, fikir mübadiləsi Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında aparılıb.
M. Babayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan görüş barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb:
"Bakıda WUF13 zamanı BMT Baş katibi vəzifəsinə namizəd olan Rebeka Qrinspenlə COP31 ərəfəsində iqlim və inkişaf prioritetlərinin bir-biri ilə sıx uzlaşmasını təmin etməklə yanaşı, adaptasiya maliyyəsinin artırılması və icra dəstəyinin gücləndirilməsi zərurətini müzakirə etdik".
00:01 24.05.2026
Oxunuş sayı: 54