Aleksandr Plyuşenko Azərbaycanı təmsil edə bilər
İkiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun 13 yaşlı oğlu Aleksandr Plyuşenko gələcəkdə Azərbaycan adına yarışa bilər.
Crossmedia.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, bildirilir ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyası idmançının keçidinə razılıq verib. Beynəlxalq Konkisürmə İttifaqının təsdiqindən sonra Aleksandr Plyuşenko növbəti mövsümdən etibarən Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək hüququ qazana bilər.
Məlumata əsasən, Azərbaycan Qış İdman Növləri Federasiyası artıq gənc idmançıya idman vətəndaşlığı təqdim edib.
Rusiyada bu qərar müxtəlif reaksiyalar doğurub. Dövlət Dumasının deputatı Svetlana Jurova Aleksandr Plyuşenkonun tənqid və vətənpərvərliklə bağlı ittihamlarla üzləşə biləcəyini bildirib.
İkiqat olimpiya çempionu Dmitri Vasilyev isə bu addımın Yevgeni Plyuşenkonun reputasiyasına təsir göstərə biləcəyini deyib.
Bununla yanaşı, tanınmış rusiyalı şərhçi Dmitri Quberniev Aleksandr Plyuşenkoya uğurlar arzulayıb və qərarın ailənin şəxsi seçimi olduğunu qeyd edib.
Tənqidlərdən sonra Yevgeni Plyuşenko və oğlu sosial şəbəkə hesablarını məhdudlaşdırıblar.

16:44 22.05.2026
Oxunuş sayı: 40