Tomaş Azərbaycanla bağlı əməkdaşlığın dayandırılmasını tənqid edib
Avropa Parlamentinin deputatı Tomaş Fröhlix Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması ilə bağlı keçirilən debatda çıxış edib.
Crossmedia.az xəbər verir ki, O bildirib ki, Avropa İttifaqı ABŞ, Çin və Rusiya ilə münasibətlərdə ciddi problemlər yaşayır və bu vəziyyət qurumun beynəlxalq arenada mövqeyini zəiflədir.
Deputatın sözlərinə görə, Azərbaycanla əlaqələrin dayandırılması Avropa İttifaqının təsir imkanlarını daha da azaldır.
Tomaş Fröhlix qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması müsbət inkişafdır və bu prosesə diqqətlə yanaşmaq lazımdır.
O həmçinin bildirib ki, Avropa üçün Azərbaycan kimi enerji tərəfdaşları mühüm əhəmiyyət daşıyır və xüsusilə qaz təchizatı sahəsində əməkdaşlıq vacib rol oynayır.
Deputat vurğulayıb ki, enerji təhlükəsizliyi və alternativ mənbələr məsələsi Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir.
13:22 22.05.2026
Oxunuş sayı: 57