Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb - YENİLƏNİB
Yola salınan növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Crossmedia.az Report-a istinadən xəbər verir ki, bu gün Xocavəndə daha 17 ailənin daimi qayıdışı təmin olunub.
12:25
Böyük Qayıdış çərçivəsində Xocavənd şəhərinə daha 17 ailə (65 nəfər) yola salınıb.
Crossmedia.az Report-a istinadən xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bununla Xocavənd şəhərinə köçürülən ailələrin sayı 348-ə (1354 nəfər) çatıb.
13:03 22.05.2026
Oxunuş sayı: 50