Tacikistan şirkətləri Azərbaycanda yaradılmış biznes mühitindən istifadəyə dəvət olunub
Tacikistan şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, sənaye parkları, o cümlədən Ələt Azad İqtisadi Zonası və müasir infrastruktur imkanlarından daha fəal istifadə üçün dəvət edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında Baş nazirin müavini Samir Şərifov deyib.
Samir Şərifov qeyd edib ki, Tacikistanın Orta Dəhliz layihələrinə fəal qoşulması regional əməkdaşlığın və tranzit potensialının genişlənməsinə əlavə imkanlar yaradacaq.
18:43 21.05.2026
Oxunuş sayı: 54