Magistr olmaq istəyənlərə xəbər var: Cavablar bu tarixdə məlum olacaq
Təbiət hadisələrinin və şəhər infrastrukturunun yaratdığı gözlənilməz çətinliklər bəzən gənclərin gələcək planlarına ciddi şəkildə mane ola bilir. Ötən günlərdə Bakıda yağan intensiv yağışlar və bunun ardınca yaranan nəqliyyat böhranı məhz belə bir mənzərəni ortaya çıxardı: aylarla imtahana hazırlaşan və magist adı almaq istəyən onlarla namizəd özlərindən asılı olmayan səbəblərdən taleyüklü bir sınaqdan kənarda qalmaq təhlükəsi ilə üzləşdi. Dövlət İmtahan Mərkəzinin bu böhrana çevik reaksiyası və təkrar imtahan şansı tanıması isə idarəçilikdə rasionallıqla humanistliyin kəsişdiyi mühüm bir addım kimi qiymətləndirilməlidir.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlama verib: "Əlbəttə, sözügedən vəziytər ürəkaçan olmadı. Çünki hava şəraitinin yağmurlu olması və bu yağışdan dolayı yollarda yaranan tıxac problemi bakalavrların, o cümlədən imtahan verən şagirdlərin gecikməsi ilə nəticələndi. Ədalət prinsipinin qorunması naminə imtahana gecikənlər üçün yenidən imtahan keçirilməli idi. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzinin aldığı qərar olduqca ədalətlidir. Bu yanaşma bir növ kompromisə gedərək qəbul olunub. Hətta özünü sınamaq istəyən digərləri də dövlət rüsumunu ödəməklə ayın 14-də keçiriləcək imtahanda iştirak edə bilərlər".
O bildirib ki, bu qərar prosesi uzadacaq: "Çünki cavabların yoxlanılması uzun müddət tələb edir. Proses iyulun ortalarına qədər çəkəcək. Həmin dövr qismən çətin ola bilər. Ümumilikdə isə bu qərarın qəbulu istənilən halda imtahanın şəffaf və ya obyektiv qiymətləndirilməsinə hər hansı bir kölgə salmır. İmtahan verəcək namizədlər üçün, yəni ödəniş edib imtahanda iştirak edə bilməyənlər üçün bu, olduqca ədalətli bir qərardır. Bu qərarın alınması onların imtahanda iştirak hüququnun təmin olunmasına əsas verir".
Turqut Ansari
18:34 21.05.2026
Oxunuş sayı: 80