Azərbaycan ilə Belfast Kraliça Universitetinin əməkdaşlıq perspektivləri müzakirə olunub
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali İrlandiyanın Belfast Kraliça Universitetini ziyarət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Səfər çərçivəsində universitet rəhbərliyi ilə geniştərkibli görüş keçirilib. Görüşdə ali təhsil sahəsində əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin inkişafı, elmi-tədqiqat və akademik mübadilə imkanları müzakirə olunub.
Nümayəndə heyəti həmçinin universitetin kampusu, tədris auditoriyaları və tədqiqat mərkəzləri ilə tanış olub. Universitetdə tətbiq olunan müasir təhsil yanaşmaları və innovativ infrastruktur barədə məlumat verilib.
18:06 21.05.2026
Oxunuş sayı: 51