Polşanın WUF13-dəki nümayəndə heyəti Lənkəranda olub
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) polşalı nümayəndələri Lənkərana səfər ediblər.
Crossmedia.az xəbər verir ki, xarici qonaqlar bölgənin turizm imkanları, tarixi məkanları və çay plantasiyaları ilə tanış olublar.
Səfər zamanı polşalı nümayəndələr Lənkəranın təbiəti, gəzməli yerləri və tarixi abidələrinə baş çəkiblər. Qonaqlara rayonun turizm potensialı və zəngin mədəni irsi barədə ətraflı məlumat verilib.
Polşa-Azərbaycan Assosiasiyasının nümayəndəsi Aleksandra Tomaşevska və Lüblin şəhər meriyasının Strategiya və investorlarla əlaqələr departamentinin direktoru Mariusz Saqan Azərbaycanla Polşa arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildiriblər.
Qonaqlar Lənkəranın tarixi, coğrafi mövqeyi və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat əldə etdiklərini və bu haqda öz ölkələrində danışacaqlarını qeyd ediblər.(Report)
20:28 20.05.2026
Oxunuş sayı: 45