Azərbaycanın Böyük Qayıdış təcrübəsi Suriya ilə bölüşülüb
Azərbaycan ilə Suriya arasında postmünaqişə dövründə bərpa və inkişaf sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Crossmedia.az xəbər verir ki, bu istiqamətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Suriyanın İctimai İşlər və Mənzil naziri Mustafa Abdul Razzaq və Dəməşq şəhərinin qubernatoru Mahir Maruan ilə görüşüb.
"Görüşdə mənzil siyasəti şəhərsalma və postmünaqişə dövründə bərpa və inkişaf sahələrində əməkdaşlıq imkanları müzakirə edilib", - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "X" sosial şəbəkə hesabında paylaşılan məlumatda bildirilib.
A. Quliyevin Böyük Qayıdış Proqramı çərçivəsində Azərbaycanın təcrübəsini Suriya ilə bölüşdüyü də qeyd olunub.
19:04 20.05.2026
Oxunuş sayı: 58