Gənclərin rolu WUF13-də ön plana çıxır
WUF13-ün əhəmiyyəti ondadır ki, bu tədbir şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, yaşıl enerji və iqlim problemləri ilə bağlı qlobal əməkdaşlıq üçün mühüm platformadır.
Burada müxtəlif ölkələrdən siyasətçilər, ekspertlər, tədqiqatçılar və gənclər bir araya gələrək şəhərlərin qarşılaşdığı problemləri və onların həlli yollarını müzakirə edirlər.
Crossmedia.az xəbər verir ki, bunu gənc doktor Yusif Saber Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
O, əlavə edib ki, WUF13 göstərir ki, şəhərlərin dayanıqlılığı artıq yalnız dövlət siyasəti deyil, həm də beynəlxalq əməkdaşlıq, innovasiya və gənclərin fəal iştirakı ilə formalaşır:
“Tədbirin digər vacib tərəfi isə ölkələrin öz təcrübələrini paylaşmasıdır. Məsələn, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi “ağıllı şəhər”, “ağıllı kənd” və yaşıl enerji layihələrini beynəlxalq ictimaiyyətə təqdim edir.
Bu baxımdan, WUF13 həm dialoq, həm də gələcəyin şəhər modellərinin formalaşdırıldığı mühüm beynəlxalq platformadır”.
Ayhan
13:20 20.05.2026
Oxunuş sayı: 94