ABŞ və İsrailin İrana qarşı yeni əməliyyat planı ortaya çıxıb
ABŞ və İsrailin yaxın günlərdə İrana qarşı yeni hərbi əməliyyatlara başlama ehtimalını nəzərdən keçirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton və Təl-Əviv gələn həftənin əvvəlində İrana qarşı mümkün hücumların yenidən başlanması üçün intensiv hazırlıq aparır. Müzakirə olunan variantlar arasında İranın hərbi və strateji infrastruktur obyektlərinə qarşı genişmiqyaslı bombardman kampaniyası da yer alır.
Bundan əlavə, İranın nüvə materiallarının aşkarlanması və ələ keçirilməsi məqsədilə xüsusi yerüstü əməliyyatların keçirilməsi ehtimalı da nəzərdən keçirilir. Məlumata görə, bu missiyalarda bölgədə yerləşdirilmiş xüsusi əməliyyat qüvvələrinin iştirakı mümkün sayılır.
“The New York Times” qeyd edir ki, belə bir əməliyyatın həyata keçirilməsi üçün minlərlə dəstəkçi hərbçinin cəlb olunması tələb oluna bilər.
Qəzetin məlumatına əsasən, ABŞ prezidenti Donald Trampın köməkçiləri onun hələlik növbəti addımlarla bağlı yekun qərar vermədiyini bildiriblər.
12:51 16.05.2026
Oxunuş sayı: 35