Hizbullah Suriyadakı təchizat xəttini itirdi
Hizbullah Suriyadakı hərbi təchizat xəttini itirib və Müqavimət Oxu yeni şəraitə uyğunlaşmalıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Hizbullahın Baş katibi Naim Qasim bildirib.
Onun sözlərinə görə, Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra Hizbullah artıq Suriyada hərbi dəstək baxımından fəaliyyət göstərə bilmir:
“Suriyanın yeni hökuməti İsraillə əlaqələr qurmağa çalışmamalıdır. Ümid edirik ki, onlar İsraili düşmən kimi görəcək və münasibətləri normallaşdırmaq cəhdlərindən çəkinəcəklər,” – deyə Qasim qeyd edib.
Gültac Mehdizadə
18:43 15.12.2024
Oxunuş sayı: 3628