İranda Bəhreynlə bağlı sərt çağırış səslənib
İranın ali rəhbərinə yaxın radikal mövqeli “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Bəhreynlə bağlı sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Şəriətmədari İranın Bəhreynin “geri qaytarılması” üçün hüquqi prosesə başlamalı olduğunu bildirib.
O iddia edib ki, Bəhreyn ABŞ və İsrail üçün hərbi bazaya çevrilib və bunun İranın təhlükəsizliyi üçün təhdid yaratdığını deyib.
Baş redaktorun sözlərinə görə, məsələ İranın xarici siyasət gündəliyinə daxil edilməlidir.
Qeyd edək ki, 1971-ci ildə Bəhreyn müstəqillik əldə etdikdən sonra İran ölkənin suverenliyini rəsmi şəkildə tanıyıb.
15:53 14.05.2026
Oxunuş sayı: 57