Gürcüstanda ağır yol qəzasında azərbaycanlılar HƏLAK OLUB
Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində baş verib.
Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.
Hadisə nəticəsində 7 nəfər həlak olub, daha bir nəfər isə ağır yaralanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi isə faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıldığını açıqlayıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.
Qeyd edək ki, APA-nın məlumatına görə, qəzada həlak olanlar azərbaycanlılardır. (Qafqazinfo)
14:20 14.05.2026
Oxunuş sayı: 56