Mayis Musayev VƏZİFƏDƏN AZAD EDİLİB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev vəzifəsindən azad edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmr imzalayıb. Sədrin əmri ilə M.Musayev tutduğu vəzifədən azad olunub.
Məlumata görə, M.Musayev öz ərizəsi ilə işdən çıxıb.
15:10 14.05.2026
Oxunuş sayı: 55