İran rəsmisi: Hörmüz boğazında heç bir maneə yaratmamışıq
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə maneə yaratmayıb.
Crossmedia.az xəbər verir ki, Əraqçi bu barədə BRİKS sammiti çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.
Nazirin sözlərinə görə, Hörmüz boğazı hazırda əsasən ABŞnin tətbiq etdiyi blokadadan zərər görür.
Əraqçi qeyd edib ki, boğaz bütün ticarət gəmiləri üçün açıqdır, lakin onların İranın dəniz qüvvələri ilə əməkdaşlıq etməsi tələb olunur.
O əlavə edib ki, Tehran bölgədə blokada yaratmayıb və vəziyyətin ABŞ tərəfindən tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə normallaşacağına ümid edir.
16:00 14.05.2026
Oxunuş sayı: 52