ABŞ Ermənistan və Türkiyə arasında yeni addımı dəstəklədi
ABŞ Ermənistan və Türkiyə arasında ticarət məhdudiyyətlərinin aradan qaldırılması qərarını dəstəkləyib.
Crossmedia.az xəbər verir ki, İrəvandakı ABŞ səfirliyi yaydığı bəyanatda bu addımı alqışlayıb.
Bəyanatda qeyd olunub ki, qərar hər iki ölkənin iqtisadi əlaqələrin genişləndirilməsinə və davamlı sülhün təşviqinə sadiqliyini nümayiş etdirir.
ABŞ səfirliyi həmçinin Ermənistan və Türkiyənin region xalqları üçün faydalı əməkdaşlığı gücləndirmək istiqamətində atdığı addımları yüksək qiymətləndirdiyini bildirib.
15:38 14.05.2026
Oxunuş sayı: 48