Erməni mətbuatı Rusiya hərbi bazası ilə bağlı yeni iddia yayıb
Ermənistan mətbuatı Ermənistandə yerləşən 102-ci Rusiya hərbi bazası ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata görə, bazanın komandir köməkçisi, “Timofey ata” kimi tanınan hərbi keşiş – dünyəvi adı ilə Taron Arutyunoviç Kazaryan – xarici maraqlara xidmət etməkdə ittiham olunur.
Erməni mənbələrinin iddiasına əsasən, Kazaryan demək olar ki, hər gün erməni dövlətçiliyinə qarşı yönəlmiş təbliğat aparır. Bildirilir ki, o, yaxın zamanda Rusiya Müdafiə Nazirliyi tərəfindən “Vətənə iman və xidmətə görə” medalı ilə təltif olunub.
Məlumata görə, Kazaryan 2011-ci ildə Xaçatur Abovyan adına Ermənistan Dövlət Pedaqoji Universitetini bitirib, daha sonra Rusiya Pravoslav Kilsəsinin Don İlahiyyat Seminariyasına daxil olub.
Erməni mediası həmçinin iddia edir ki, o, xidmət etdiyi Rusiya hərbi bazasına bağlı struktura baxmayaraq, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyası nümayəndələri ilə də sıx əlaqələr saxlayır.
12:57 12.05.2026
Oxunuş sayı: 51