Ukrayna hava limanı hücumlarının dayandırılmasını təklif edib
Ukrayna Rusiyayə qarşı hava limanlarına edilən hücumların qarşılıqlı şəkildə dayandırılmasını təklif edib və bu prosesdə vasitəçilik üçün Avropaya müraciət olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, belə bir razılaşma Moskvanın maraqlarına uyğun ola bilər. Onun sözlərinə görə, Rusiya ərazisində yerləşən Şeremetyevo Beynəlxalq Hava Limanı və Sankt-Peterburqdakı Pulkovo Hava Limanı Ukrayna hücumları qarşısında daha həssas vəziyyətə düşüb.
Məlumata görə, Kiyev bu təşəbbüsü regional gərginliyin azaldılması istiqamətində mümkün addım kimi dəyərləndirir.
12:00 12.05.2026
Oxunuş sayı: 50